Mojo.az — elanlar
Son Xəbərlər
21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistan Prezidentinin vəziyyəti pisləşib, təcili xəstəxanaya çatdırılıb

02.04.2025 21:42 951
Pakistan Prezidentinin vəziyyəti pisləşib, təcili xəstəxanaya çatdırılıb
Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.
 
Bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.
//Report

Son xəbərlər