Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni Kaledoniyada yerləşən Qureşaba Krallığı Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib

02.04.2025 19:06 1 521
Yeni Kaledoniyada yerləşən Qureşaba Krallığı Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib
Kanakinin (Yeni Kaledoniya) Nenqon adasında yerləşən Qureşaba Krallığının kralı Doku Hmaiai Hippolit Sinevami Htamumu Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, kral müraciətində bildirib ki, 1853-cü ildə ölkəsinin Fransa tərəfindən işğal edilməsindən bu günə qədər xalqının Fransa müstəmləkə sisteminə qarşı mübarizəsi çərçivəsində Böyük Kanak Başçısı olaraq, digər böyük kanak başçıları ilə birlikdə 24 sentyabr 2024-cü ildə krallıqların suverenliyinin elan edilməsi haqqında birtərəfli bəyannaməni beynəlxalq səviyyəyə qaldırmaq öhdəliyini üzərinə götürüb.

"Məhz bu səbəbdən Qureşaba Krallığının Bakı Təşəbbüs Qrupuna üzv qəbul olunmasını böyük səmimiyyətlə sizdən xahiş edirəm.

Cənab Prezident, xalqımın mübarizəsinə göstərdiyiniz dəstək və həmrəyliyinizə görə sizə minnətdarlığımı bildirir, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm", - deyə müraciətdə vurğulanır.скачать dle 11.3

Son xəbərlər