Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur İtaliya brendi "Qazprom"un idarəçiliyindən çıxarıldı

28.03.2025 12:26 1 158
Məşhur İtaliya brendi
İtaliyanın "Ariston Holding" şirkəti özünün Rusiya bölməsi olan "Ariston Thermo Rus"a nəzarəti bərpa edib.

Bu barədə İtaliyanın Milanofinanza.it nəşri məlumat verib.

Məlumata görə, bu, Rusiya Prezidenti Vladimir Putinin 2025-ci il martın 26-da imzaladığı müvəqqəti idarəçilik haqqında fərmanının ləğvindən sonra baş verib.

Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, Rusiyanın törəmə şirkəti "Ariston"un səhmləri "Qazprom" strukturunun müvəqqəti idarəçiliyindən çıxarılıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Putin "Ariston"un Rusiyadakı törəmə şirkəti "Ariston Termo Rus"u dövlətə məxsus "Qazprom məişət sistemləri"nin müvəqqəti idarəçiliyinə vermişdi. Nəşr Rusiya agentliklərinə istinadla bildirir ki, bu bənd artıq etibarsız elan edilib.

"Ariston" şirkəti xəbəri təsdiqləyib və bildirib ki, Rusiya "Ariston Holding N.V."ə mülkiyyət və Rusiyadakı törəmə şirkətinin səhmlərinə tam şəkildə idarəetmə hüququnu geri qaytarıb.

"Rusiyada fəaliyyətimizi davam etdirmək üçün mövcud qaydalara və sanksiyalara tam uyğun olaraq, yerli rəhbərliyimizlə birgə işimizi bərpa edəcəyik", - deyə "Ariston Group"un icraçı sədri Paolo Merloni bildirib.скачать dle 11.3
Mojo.az Banner