Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi | 20:39 Çində dünyanın ən uzun asma körpüsü tikildi - Mərkəzi aşırımı 1208 metrdir | 20:33 Hər kəs üçün 8 saat yuxu vacib deyil - Optimal müddət | 20:27 Braziliya Sinqapura 7 qol vurdu |
Mojo.az Avto
Mojo.az Avto

İlon Maskın 8 ildir yerinə yetirə bilmədiyi vəd: "Tesla Roadster 2"

26.03.2025 21:45 1 722
İlon Maskın 8 ildir yerinə yetirə bilmədiyi vəd:
"Tesla Roadster 2" markanın elektrikli nəqliyyat texnologiyasındakı iddiasını ortaya qoyan model kimi ilk dəfə 8 il əvvəl təqdim olunub. Lakin ön sifarişlərin başlamasından uzun müddət keçməsinə baxmayaraq, istehsal və çatdırılma prosesləri ilə bağlı hələ də konkret bir məlumat paylaşılmaması suallar doğurur.

2017-ci ildə tanıdılan və 2020-ci ildə satışa çıxarılması planlaşdırılan "Roadster 2" modeli 5 illik gecikməyə baxmayaraq, hələ də bazara daxil olmayıb. Şirkətin bu modelə dair susqunluğu davam edərkən, avtomobilin təklif edəcəyi iddia edilən inanılmaz xüsusiyyətlər və illər ərzində ortaya çıxan şayiələr diqqət çəkməyə davam edir.

"Tesla Roadster 2"nin iddialı xüsusiyyətləri

"Roadster 2" ilə bağlı ən çox maraq doğuran xüsusiyyətlərdən biri 1,9 saniyəyə 0-dan 100 km/saat sürətə çata bilməsi və bir şarjla 1.000 km məsafə qət etməsidir. Bu göstəricilər elektrikli avtomobillər üçün yeni standartlar müəyyən edə bilər. Son illərdə isə modelin 0-100 km/s sürətlənmə müddətinin 1 saniyənin altına endirilə biləcəyi və maksimum 400 km/s sürətə çata biləcəyi kimi iddialar gündəmə gəlib.

Maraqlı bir məqam isə "Tesla" şirkətinin baş direktoru İlon Maskın avtomobilin bu sürət və performans səviyyəsinə çatması üçün 10 kiçik raket mühərriki ilə təchiz oluna biləcəyini bildirməsidir.

2017-ci ildə təqdimatdan sonra "Tesla" standart modellər üçün 200.000 dollar, cəmi 1.000 ədəd istehsal olunacaq "Founder Series" modelləri üçün isə 250.000 dollar depozit toplamağa başlayıb. Lakin "CarScoops"un məlumatına görə, illər keçməsinə baxmayaraq, istehsal tarixi, dəqiq xüsusiyyətlər və son qiymətlərlə bağlı hələ də rəsmi açıqlama verilməyib.

Hələ də ön sifariş mövcuddur

Daha maraqlısı odur ki, "Tesla"nın ABŞ-da fəaliyyət göstərən rəsmi internet səhifəsində hələ də "Roadster 2" üçün ön sifariş vermək mümkündür. Hazırda rezervasiya siyahısına daxil olmaq üçün 5.000 dollar ödəmək tələb olunur. Bundan əlavə, istehsal zamanı yerinizi təmin etmək üçün 45.000 dollar daha ödəmək lazımdır. Bununla belə, avtomobilin son satış qiymətinin nə qədər olacağı və istehsalın nə vaxt başlanacağı barədə heç bir konkret məlumat yoxdur.

"Tesla Roadster 2"nin gələcəyi qeyri-müəyyən olaraq qalır

"Roadster 2"nin təqdimatından 8 il keçməsinə baxmayaraq, şirkətin cəsarətli iddialarına rəğmən, avtomobilin real istehsalı ilə bağlı hələ də rəsmi xəbər yoxdur. "Tesla"nın bu model vasitəsilə elektrikli avtomobil texnologiyasında yeni mərhələ yaratmaq istədiyi aydındır. Lakin indiyə qədər istehsalla bağlı dəqiq cədvəlin və ya rəsmi açıqlamanın olmaması, modelin gələcəyi ilə bağlı sualları artırır.

Nəticədə, "Roadster 2"nin böyük gözləntiləri doğruldub-doğrultmayacağı zamanla məlum olacaq. Hazırda bu modelə dair ən böyük sual, "Tesla"nın bu vədini nə vaxt gerçəkləşdirə biləcəyi və müştərilərdən toplanan depozitlərin necə istifadə olunacağıdır.
//qaynar.az

Son xəbərlər