Mojo.az Banner
18:07 "Kəpəz" "Şamaxı"ya uduzdu  |     18:00 Bu yollarda duman olacaq  |     17:34 "NexTrack" şirkəti müqaviləsiz işçi çalışdırıb - 20 min cərimə  |     17:23 Xankəndidə hazırda nə qədər erməni yaşayır?  |     17:11 Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb - Ağdamdakı cinayətin təfərrüatı  |     17:02 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi  |     16:55 Yaşlı qadını aldatdı, pul aldı, telefonunu oğurladı  |     16:48 Məşhur müğənniyə qarşı dələduzluq olub, polisə şikayət edib  |     16:39 Xalq artistinin döyülən oğlunun xəsarətləri məlum oldu  |     16:15 Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi  |     16:14 Ağdamda qadın bıçaqlandı - Əri saxlanıldı  |     16:06 Onlayn sifariş edilən məhsullar niyə gecikir? - Dövlət Gömrük Komitəsindən açıqlama (Video)  |     15:14 Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı - Vətən müharibəsi qazisi saxlanıldı  |     15:08 Bakıda məşhur restoranda yanğın olub - Video  |     14:41 Gözətçi qoruduğu restorandan oğurluq etdi, məhkəməlik oldu  |     14:30 Bakıda hamilə dəm qazından boğulub öldü  |     14:21 BDYPİ: "Uzaq səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir"  |     14:05 Marneulidə toy kortejində baş vermiş qəzada xəsarət alan azərbaycanlı gənc öldü  |     14:04 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi vəfat edib  |     13:46 Bakıda Xalq artistinin oğlunu döydülər - FOTO  |    
Left Banner
Right Banner

Bakıda qadın onunla evlənmək istəməyən kişini öldürdü - Bu da FOTOsu

24.03.2025 21:57 549
Bakıda qadın onunla evlənmək istəməyən kişini öldürdü - Bu da FOTOsu
2024-cü il mayın 30-du saat 9-da Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Bu barədə cinayəti törədən 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirova özü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat verib.

Polis və prokurorluq əməkdaşları qətl törədilən ünvana yollanıblar. Məlum olub ki, hadisə Ramana qəsəbəsi, 12-ci mədən, ev 43-də baş verib. Yataq otağında, masa ilə çarpayının arasında, üzü üstə uzanılqlı, yarıçılpaq vəziyyətdə Samir İsrəfilovun meyiti, masa üzərində isə məişət təyinatlı bıçaq aşkar edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Samir İsrəfilovun ölümünə - ürəyin zədələnməsi nəticəsində massiv qanitirmə səbəb olub.

Ruhiyyə Tahirova 1976-cı ildə Xocavənd rayonunda anadan olub, əvvəllər məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, mayın 30-da səhər Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə olduğu Samir İsrəfilova münasibətlərini rəsmləşdirib, nikaha daxil olmaq istədiyini söyləyib. Samir isə Ruhiyyənin təklifinə biganə yanaşaraq, onunla vaxtını keçirdiyini bildirib. İsrəfilovun rədd cavabını qadın özünə qarşı təhqir kimi qəbul edib. Aralarında baş vermiş mübahisə zamanı əvvəl əlbəyaxa olublar. Samirin fiziki cəhətdən daha güclü olduğunu görən Ruhiyyə qəzəblənərək, qisas məqsədi ilə masada olan bıçağı götürüb, onun döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirib. Nəticədə Samir İsrəfilov ölüb.

İş üzrə dindirilmiş Ruhiyyə Tahirova bildirib ki, rəsmi nikahda olduğu əri Mətbağır Məmmədov insult keçirdiyindən 2024-cü il fevralın 21-də vəfat edib. Bir həftə sonra Samir İsrəfilovla tanış olaraq, onunla birlikdə yaşamağa başlayıb:

"Samir mənə əvvəllər ailəli olduğunu, 3 övladı olduğunu, arvadı ilə boşandığını və anası ilə birlikdə NZS qəsəbəsində yaşadığını demişdi. Bundan əlavə, o demişdi ki, 2012-ci ildə atasını qətlə yetirdiyi üçün məhkum olunub. Samirin mənə qarşı münasibəti ciddi deyildi, buna görə aramızda mübahisə yaranmışdı. Belə ki, mən hər dəfə evlənməli olduğumuzu söyləyəndə, Samir hələ tez olduğunu deyirdi.

Mayın 29-dan 30-na keçən gecə evdə yeyib-içdik. Səhər saat 8 radələrində söhbət edərkən, birlikdə yaşamalı olduğumuz halda evlənməli olduğumuzu ona bir daha xatırlatdım. Samir isə israrla mənimlə vaxtını keçirəcəyini dedi. Bu cür danışmasının düzgün olmadığını söyləyəndə, Samir sözlərimə məhəl qoymadı. Onu "vuracağımı" deyəndə, o, "vurmayanın biqeyrət" olduğunu bildirdi. Oturduğu çarpayıdan qalxaraq, mənə yumruqla zərbələr vurdu, mərhum ata-anamı söydü. Həmin an masa üzərində olan bıçağı götürüb, çarpayıda oturmuş Samirin ürək nahiyəsinə zərbə endirdim. Samir sağ əli ilə yarasını tutub üzü üstə döşəməyə yıxıldı. Öz mobil nömrəmdən 102 xidmətinə zəng edib birlikdə yaşadığım insanı bıçaqla vurub öldürdüyümü bildirdim. Sonra müdirim Sadiq Allahverdiyevə də zəng vurub hadisə barədə məlumat verdim. Qonşuluqda yaşayan Səid adlı uşağa Samiri yerdən qaldırmağa kömək etməsini xahiş etsəm də, o, qorxduğu üçün içəri girmədi. Oturub evdə polis əməkdaşlarının gəlməsini gözlədim".

Məhkəmə iclasında Ruhiyyə Tahirova bildirib ki, Şabranda yaşayan dayısı qızının yanına getmək üçün iş yerindən 2 günlük icazə alsa da, Samir ona rayona getməsinə icazə verməyib:

"Buna görə də aramızda mübahisə yarandı. Samir evin qapısını bağlayaraq, açarları cibinə qoymuşdu. Məni söyüb döyməyə başladı. Mən də bıçağı Samirin əlindən aldım və sinəsinə xəsarət yetirdim".

İbtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq, qadın bildirib ki, hadisə günü aralarında "evlənmək" söhbəti olmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrəfilov ifadəsində göstərib ki, Samir qardaşı olsa da, münasibətləri soyuq olub:

"Mayın 30-da xalam oğlu qardaşımın öldürülməsi haqda məlumat verdi. Həmin gün Samirin meyitini patoloji anatomiya şöbəsindən təhvil alıb dəfn etdik".

Tural İsrəfilov Ruhiyyə Tahirovaya qarşı şikayəti və tələbi olmadığını bildirib.

Şahid Sərilə İsrafilova bildirib ki, fevralın 26-da oğlundan həmin qadının kim olduğunu soruşub:

"Samirə Ruhiyyədən xoşum gəlmədiyini dedim və evimə elə bir qadını gətirməsinə etiraz etdim. Mayın 30-da oğlumun yatdığı yerdə öldürülməsini eşitdim".

Məhkəmə nəticəyə gəlib ki, Ruhiyyə Tahirovanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum olunub.


скачать dle 11.3