Ötən gün 40 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4.3 kiloqramdan artıq heroin, 34.1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.
