Mojo.az Banner
12:21 Azərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldılar - FOTO  |     12:19 Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA  |     12:18 Xanlar Vəliyevin qızına yeni vəzifə verildi  |     12:16 Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Yol qismən BAĞLANDI  |     12:15 Şərur rayonunun bəzi əraziləri qazsız qalacaq  |     12:13 Məhkəmə qərarı ilə doqquz uşağa doğum şəhadətnaməsi verilib  |     12:00 17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ  |     11:58 Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:55 Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB  |     11:53 Süni intellekt ətrafında qorxular getdikcə artır - Detallar AÇIQLANDI  |     11:51 Dünya yeni virusun qorxusu altında: Hantavirus İsrailə də çatdı  |     11:49 Azərbaycanda alim vəfat etdi - FOTO  |     11:34 Kriştianu Ronaldu tarix yazmaqda davam edir  |     23:02 ABŞ-dən İraqa yeni sanksiyalar  |     22:54 Çində 2 keçmiş müdafiə naziri ilə bağlı şərti edam cəzası  |     22:49 “Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” - Video  |     22:41 Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı  |     22:36 74 yaşlı qadın hamamda yıxlıb öldü  |     22:28 Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı  |    
Left Banner
Right Banner

2025-ci ilin ilk Ay tutulması başlayıb - CANLI

14.03.2025 12:11 975
2025-ci ilin ilk Ay tutulması başlayıb - CANLI
Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 7:57-dən etibarən başlayıb.

Bu 2025-ci ilin ilk tam Ay tutulmasıdır.

Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edir.

Bakı vaxtı ilə saat 7:57-də başlayan tutulma hadisəsi 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.

Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 50 dərəcə fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir. Bu zaman Ay tutulması baş verir. Ay tutulmasının müddəti Günəş tutulmasından uzun olur. Çünki Yerin kölgəsi Ayın kölgəsindən daha böyükdür.

Ay tutulmasının üç növü var: Tam, qismən və yarımkölgəli Ay tutulması. Tam Ay tutulması zamanı Ay tamamilə Yerin kölgəsinə keçir. Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın diskini bütövlükdə örtmür. Yarımkölgəli Ay tutulması zamanı isə Ayın diski sadəcə Yerin yarımkölgəsinə keçə bilir, yəni onun zəif xarici kölgə hissəsindən keçir. Ay azacıq tündləşir ki, bunu da fərq etmək çətin olur.

Tam Ay tutulması zamanı Günəş işığının bir hissəsi Yer atmosferindən keçərək sınır və Ayın səthinə çatır. Atmosferdəki hava molekulları və toz hissəcikləri qısa dalğa uzunluğuna malik olan mavi və bənövşəyi işığı daha çox səpir, uzun dalğalı qırmızı və narıncı işıq isə atmosferdən keçərək Ayın səthinə düşür. Nəticədə, Ay qırmızımtıl və ya mis rəngində görünür.

Xatırladaq ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünmür.

Qeyd edək ki, sentyabrın 7-də isə ikinci Ay tutulması olacaq. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
//oxu.az
скачать dle 11.3
Mojo.az Banner