Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda internetdə problem yarandı - SƏBƏB

07.03.2025 19:57 696
Azərbaycanda internetdə problem yarandı - SƏBƏB
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetdə yaranmış problemlə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkədəki telekommunikasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir.

“Həm “Aztelecom”un, həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur”.

***

Azərbaycanda internetin verilməsində problem yaranıb.

Təqribən saat 15:00-15:30 radələrində internetin fəalliyyətində fasilələr müşahidə edilib.

"İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub".

Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Delta Telecom" (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə, sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu, istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: “Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur və qeyri-müəyyən vəziyyət yarandığı təqdirdə sistem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişdə müşahidə edilən problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.скачать dle 11.3

Son xəbərlər