Mojo.az Banner
22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |    
Mojo.az Avto
Mojo.az Avto

Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır

01.03.2025 14:52 1 293
Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır
Fransalı kino ulduzu Jerar Depardye Rusiya Kinematoqrafçılar İttifaqından xaric edilə bilər.

"Abzas" nəşri bu barədə aktyorun nümayəndəsi Arno Frilleyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, fransız aktyor ittifaqa üzvlük haqqına görə yeddi il üçün 9.5 min rubl (185 manat) borclu qalıb.

"Depardye Klim Lavrentyevin xahişi ilə üzvlüyə razılaşıb. Bu, onun üçün yox, İttifaqın nüfuzu üçün edilmişdi. Çünki ona həqiqətən bu lazım deyildi. Bir neçə il sonra isə Klim mənimlə əlaqə saxlayıb dedi ki, Jerar bütün bu illər üçün üzvlük haqqını ödəməlidir", - deyə aktyorun nümayəndəsi izah edib.

Frille baş verənləri üzücü və utancverici bir vəziyyət adlandırıb.

"Mən hətta bu barədə Jerarla danışmağa belə cəsarət etmirəm", - deyə aktyorun nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Rusiya Kinematoqrafçılar İttifaqının nizamnaməsinə əsasən, illik üzvlük haqqının ödənilməməsi təşkilat qaydalarının pozulmasıdır. Buna görə də, İttifaqın 11-ci çağırışının 15-ci plenumunda üzvlüyün ləğv edilməsi məsələsi müzakirəyə çıxarılacaq.скачать dle 11.3
Mojo.az Banner