Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham ƏIiyev "Barselona" futbol klubunun prezidentini qəbul edib

01.03.2025 13:23 1 713
Prezident İlham ƏIiyev
Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də "Barselona" futbol klubunun prezidenti Xuan Laportanı qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunulub, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünyasəviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olunub.

Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

Son xəbərlər