Mojo.az Banner
12:18 Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb - Video  |     12:15 Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? - "Uşaq elə filmlərə baxmamalıdır" (Video)  |     12:14 70 yaşlı kişi sanatoriyada öldü  |     12:10 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər - FOTO  |     12:00 Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər  |     11:58 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO  |     11:52 Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar - FOTO  |     11:39 KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər  |     11:23 Cəlilabadda qəza: 13 yaşlı oğlan öldü  |     11:14 "Telegram" bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladı  |     23:00 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək  |     22:53 Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı  |     22:45 Cənubi Sudanda təyyarə qəzası oldu - Xeyli sayda ölən var  |     22:40 Bu ölkə rusiyalılara daşınmaz əmlak almağı qadağan edir  |     22:33 “WhatsApp” bu telefonlarda işləməyəcək  |     22:27 Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək  |     22:19 Space TV-də daha iki verilişin yayımı dayandırılıb  |     22:14 Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı  |     22:00 İsmayıllıda zavodda ÖLÜM  |     21:55 3 ayda 21 piyada ölümü - Kimdir günahkar?  |    
Left Banner
Right Banner

Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib

24.02.2025 20:31 831
Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin növbəti dəfə Azərbaycan ərazilərinin işğalına və separatçılığa son qoyan Azərbaycanın legitim tədbirlərini sual altına alması ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna” müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi iddialar barədə yerli medianın sualına cavabında deyib.

O bildirib ki, səfirin Azərbaycanı Ermənistanın ərazilərini işğalda təqsirləndirməsi, Ermənistanın hərbiləşməsini təşviq etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar verməsi, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar sərgiləməsi də bu nümayişin bir parçasıdır:

"Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir. Səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir".

XİN sözçüsü onu da qeyd edib ki, sülh müqaviləsinin Almatı bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir:

"Bununla yanaşı, 33 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir. Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır".скачать dle 11.3
Mojo.az Banner