Mojo.az — elanlar
Son Xəbərlər
18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Şəhər İcra Hakimiyyəti son 5 ildə yolların qardan təmizlənməsi üçün aldığı duza nə qədər pul xərcləyib?

24.02.2025 16:19 771
Bakı Şəhər İcra Hakimiyyəti son 5 ildə yolların qardan təmizlənməsi üçün aldığı duza nə qədər pul xərcləyib?
Son günlər ölkədə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb.

Avtomobillərin hərəkətinin çətinləşməsindən sonra paytaxtın əsas yollarında sürət həddi endirilib. Eləcə də bütün tablolarda "buzlu yol” işarəsi qoyulub və sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq hər bir istiqamətdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilib. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrini birləşdirən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülüb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) isə kommunal strukturların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpildiyini və bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsinin cəlb edildiyini açıqlayıb.

İqtisadiyyat.az son beş ildə BŞİH tərəfindən qış mövsümündə yollarda qarın-buzun əridilməsində istifadə üçün nəzərdə tutulan texniki duzdan nə qədər alındığını və buna nə qədər vəsaitin xərcləndiyini araşdırıb.

Məlum olub ki, son beş ildə BŞİH-in Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən 15 000 tona yaxın texniki duz alınıb və bu satınalmalara 1,8 milyon manata yaxın vəsait sərf olunub.

Belə ki, ötən ilin noyabrın 1-də "FƏZA-F" şirkətindən 2 000 ton texniki məqsədli emal edilməmiş xam duz alınıb və qurum bunun müqabilində şirkətə 248 036 manat vəsait ödəyib.

İdarə 2023-cü ilin avqustun 9-da 2300 ton texniki duzun satın alınmasına görə "FİDAN-TN" şirkətinə 262 199,54 manat ödəniş edib.

2022-ci ilin avqustun 19-da isə qurum tərəfindən 2300 ton texniki duz sifariş edilib və sifarişi çatdıran "FƏZA-F" şirkətinə 298 702,84 manat ödənilib.

Sanitariya və Texniki Təmizlik İdarəsi 2020 və 2021-ci illərdə 4 dəfə texniki duz sifariş edib.

Belə ki, İdarə 2021-ci ilin avqustun 11-də 5 000 ton xam duzun alınmasına görə "Fidan-TN" şirkətinə 599 971 manat, həmin ilin dekabrın 17-də "Ramin-AŞ" şirkətindən 1 560 ton xam duzun alınmasına görə isə şirkətə 190 320 manat ödəniş edib.

2020-ci ilin oktyabrın 7-də qurum tərəfindən "Şamxal- MQ" şirkətindən 1 400 ton duz alınıb və buna görə şirkətə 154 000 manat ödəyib. Həmin ilin dekabrın 22-də 350 ton duza görə fiziki şəxs Ağayev Fizuli Telman oğluna 42 000 manat ödəniş edilib.

©iqtisadiyyat.az

Son xəbərlər