Mojo.az Banner
SON DƏQİQƏ
12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?

19.02.2025 22:30 723
Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?
Milli Məclisin plenar iclasında nəqliyyat vasitələrində biletsiz sərnişin daşımağa görə cərimənin artırılması və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, dəmir yolu nəqliyyatında biletsiz və ya ödənişsiz sərnişindaşıma üçün cərimə məbləğinin 40 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Yeni qaydalara uyğunlaşma

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Fərhad Eyyubov "Report"a açıqlamasında bildirib ki, müxtəlif nəqliyyat növlərində - hava, dəmir yolu və avtomobil nəqliyyatında sərnişin davranışları, təhlükəsizlik tələbləri və öhdəliklər fərqli tənzimlənir:

"Hava nəqliyyatında sərnişinin biletsiz səfər etməsi mümkün deyil, çünki bütün proseslər ciddi şəkildə qeydiyyata alınır. Dəmir yolu nəqliyyatında da bu qaydalar tədricən tətbiq olunmağa başlanıb. Məsələn, uzaq səfərlər üçün sərnişinlərdən şəxsiyyət vəsiqəsi və ya digər sənədlər tələb edilir".

Ekspert əlavə edib ki, şəhərətrafı nəqliyyat vasitələri və dəmir yolu da bu sistemə uyğunlaşdırılır:

"Əvvəllər dəmir yolu nəqliyyatında sərnişinlərin biletləri nəzarətçilər tərəfindən yoxlanır və biletsiz sərnişinlər cərimələnirdi. Moskvada isə bu sistem daha sərt idi - yoxlama zamanı üçqat, dördqat, hətta beşqat cərimələr tətbiq edilirdi. Bu yanaşma həm nəqliyyat sektorunda çalışanların məsuliyyətini artırır, həm də sərnişinləri daha diqqətli olmağa sövq edirdi".


Maarifləndirmə, yoxsa inzibati cərimə?

F. Eyyubov qeyd edib ki, hazırda nəqliyyat vasitələrinin istismar xərcləri və işçi haqları nəzərə alınaraq sərnişin daşımada rentabelliyin təmin olunmasına çalışılır:

"İctimai nəqliyyatda rentabellik çox aşağı səviyyədədir. Məsələn, avtobuslarda bu göstərici cəmi 5-6 %-dir. Buna görə də nəqliyyat şirkətləri sərnişinlərin bilet almalarını təmin etməyə çalışırlar. Hazırda avtobuslarda kart sistemi tətbiq edilir və bu istiqamətdə güclü nəzarət mexanizmi var. Ümumilikdə, sərnişinlərin məsuliyyətini artırmaq üçün nəzarət modelləri təkcə inzibati cərimələrə deyil, həm də maarifləndirməyə əsaslanmalıdır. Əgər insanların mədəni səviyyəsi yetərincə yüksək olsa, bu problemi təkcə maarifləndirmə ilə həll etmək mümkün olardı".

O əlavə edib ki, bəzi hallarda cərimələrin artırılması zərurətə çevrilir:

"Bu, yol hərəkətinin təşkili və digər nəqliyyat məsələlərində geniş tətbiq edilən tendensiyadır. İnsanlar qaydalara riayət etməyə məcbur olurlar. Əvvəllər cərimələr minimum əmək haqqına uyğun müəyyən edilirdi, indi isə konkret məbləğlər təyin edilir. Əlbəttə, həddindən artıq yüksək cərimələrin tərəfdarı deyiləm, lakin hər ölkə bu tədbirləri öz reallıqlarına uyğun tənzimləməlidir. Əsas məsələ odur ki, cərimələr düzgün istiqamətdə tətbiq edilsin".скачать dle 11.3

Son xəbərlər