Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın keçmiş səfiri seksual hərəkətlərə görə Britaniyada HƏBS OLUNDU

14.02.2025 15:55 2 289
Azərbaycanın keçmiş səfiri seksual hərəkətlərə görə Britaniyada HƏBS OLUNDU
Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə (Britaniyanın şimal qərbində yerlən Çeşir qraflığı - red.) reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Bu barədə Londonun "Northwhitch Guardian" nəşri məlumat yayıb.

Həmin məlumatda qeyd olunur ki, keçmiş səfir Çeşirdəki reabilitasiya klinikasında yuxu dərmanlarından asılılıqdan müalicə olunub.

Rafael İbrahimov 2023-cü il dekabrın 5-də sərxoş vəziyyətdə klinikaya gedib, nalayiq ifadələrdən istifadə edib və özünü aqressiv aparıb.

Prokuror Coşua Qorst bildirib ki, R.İbrahimov klinikanın üç qadın əməkdaşına qarşı seksual xarakterli hərəkətlər edib.

Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış Rafael İbrahimov ona qarşı irəli sürülən cinayət işinin beş bəndi üzrə təqsirini etiraf edib.

Nəticədə hakim Rafael İbrahimovu iki il şərti olmaqla 16 ay həbs cəzasına məhkum edib. Üstəlik, R.İbrahimovun adı 10 il müddətində seksual cinayətlər törətmiş şəxslərin siyahısında olacaq.

Xatırladaq ki, Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayıb.

Son xəbərlər