Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şumaxerin ailəsini şantaj edənlərə HÖKM OXUNDU

14.02.2025 11:54 1 110
Şumaxerin ailəsini şantaj edənlərə HÖKM OXUNDU
Almaniya məhkəməsi "Formula-1"in əfsanəvi pilotu Mixael Şumaxerin ailəsini şantaj etməyə cəhddə üç nəfəri təqsirli bilib.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Vuppertal Şəhər Məhkəməsi (Şimali Reyn-Vestfaliya federal torpağı) əsas təqsirləndirilən şəxsi şantaj cəhdinə görə üç il azadlıqdan məhrum edib. Onun oğluna altı ay şərti cəza verilib. Şumaxer ailəsinin keçmiş mühafizəçisi şantaja yardım və təhrikçiliyə görə iki il şərti cəza alıb.

Qeyd edilib ki, keçən il (2024-cü il) sentyabrın 25-də Vuppertal prokurorluğu Şumaxer ailəsinin şantaj cəhdi ilə bağlı üç şübhəli şəxsə qarşı ittiham irəli sürüb. Söhbət Şumaxerlər ailəsinin keçmiş mühafizəçisindən, əlbir olduğu şəxsdən və onun oğlundan gedir.

İstintaqın versiyasına görə, keçmiş təhlükəsizlik xidməti əməkdaşı şantaj üçün materiallar toplayıb və sonra onları əlbir olduğu şəxsə ötürüb. Həmin şəxs isə oğlu ilə birlikdə keçmiş pilotun ailəsini şantaj etməyə cəhd göstərib və əvəzində 15 milyon avro tələb edib. Əks təqdirdə, onlar Şumaxerlər ailəsi haqqında məlumatı darknetdə dərc etməklə hədələyiblər.

Məlumata görə, mühafizəçi pilotun ailəsində beş ildən çox işləyib. O bu müddət ərzində 1 500-dən çox şəxsi foto, video, həmçinin Şumaxer üçün tibbi qeydlər və reseptlər toplamağa nail olub. Keçmiş mühafizəçinin borclarına görə cinayət törətdiyi vurğulanır. Saxlanma zamanı sərt disklər, USB yaddaş qurğuları və mobil telefonlar daxil olmaqla çoxlu sayda sübut müsadirə edilib.

Qeyd edək ki, Mixael Şumaxer "Formula-1"in yeddiqat dünya çempionu olub və bu çempionatın tarixində ən yaxşı pilotlardan biri hesab olunur. "Formula-1" üzrə dünya çempionatında ən sürətli dövrələr (77), ardıcıl çempion titulları (beş) bir çox rekordun sahibidir. Qələbələr (91), podiumlar (155) və poullar (68) üzrə bu göstəricilərdə yalnız britaniyalı pilot Lyuis Hemiltondan geri qalır.

Şumaxer 2013-cü ildə, artıq peşəkar karyerasını başa vurduqdan sonra, Fransada Alp dağında xizək sürərkən ağır kəllə-beyin travması alıb. O, uzun müddət yatağa bağlı olub və süni tənəffüs aparatına qoşulub. Şumaxer qəzadan 11 il sonra - qızı Cina Mariyanın toy mərasimində ictimaiyyət arasına çıxıb. Ancaq mərasimdə məxfilik tam təmin olunub, Şumaxerin şəklinin çəkilməməsi üçün villanın girişində bütün qonaqlardan telefonlarını təhvil vermələri istənilib.

"Formula-1"in keçmiş pilotunun ailəsi Şumaxerin hazırkı vəziyyəti barədə təfərrüat açıqlamır və onun şəxsi həyatını ciddi şəkildə qoruyur.скачать dle 11.3

Son xəbərlər