Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO | 12:52 "Embawood"un anbarından meyit tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib

12.02.2025 14:42 1 644
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib
Uşaqların birinci sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, bacı və ya qardaşlarından birinin həmin məktəbdə təhsil alması və valideynlərindən birinin orada işləməsi meyarları nəzərə alınacaq.

Qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

Son xəbərlər