Mojo.az Banner
23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |     22:21 NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)  |     22:13 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı  |     22:08 Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu  |     22:00 UEFA FIFA turnirlərinə boykot elan etdi  |     21:55 Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq  |     21:48 UEFA Avropa Liqası: "ÇSKA Sofiya" - "Qarabağ" matçının start heyətləri bəlli oldu  |     21:41 Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     21:36 Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib  |     21:22 "Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək  |     21:15 Saray sakinlərindən qanunsuz pul yığılır? - Video  |     21:10 Moskvada rusiyalı milyarder həbs edildi  |     21:03 KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video  |     20:56 Ceyranbatanda illərdir həllini tapmayan problem - Video  |     20:51 Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi  |    
Left Banner
Right Banner

"Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir

06.02.2025 11:47 1 467
ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı - Şon Kombs) əks-hücuma keçib - onu zorakılıqda ittiham edən qadınlara qarşı qarşılıqlı iddia qaldırıb.

Bu barədə "People" nəşri öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, fevralın 4-də "Ceyn Dou" şərti adı altında iki qadın məhkəməyə iddia ərizəsi verib. Hər iki qadın 1990-cı illərdə hip-hop səhnəsində fəal olub və tez-tez reperlə qarşılaşıb.

Onlardan biri Diddinin bir neçə ştatda ona qarşı cinsi zorakılıq törətdiyini bildirib. Qadın Kombsun onu evindəki qonaqlığa xidmət göstərmək üçün işə götürdüyünü deyib. O iddia edib ki, ifaçı ona içki verib, bundan sonra o, huşunu itirib və təcavüzə məruz qalıb. Birinci Ceyn bu hadisənin kameraya çəkildiyini ehtimal edib.

İkinci Ceyn Dou da oxşar vəziyyətlərdən danışıb və qeyd edib ki, Diddi tərəfindən təcavüz halları bir neçə dəfə olub.

Kombsun vəkilləri qadınların ittihamlarını təkzib edərək, reperin heç vaxt cinsi zorakılıq törətmədiyini və insan alveri ilə məşğul olmadığını bildiriblər. Onlar qarşılıqlı iddialar qaldırıblar.

"Əvvəllər dediyimiz kimi, cənab Kombs gülünc və ya açıq-aşkar yalan olan iddialara cavab olaraq hər yeni fəndi cavablandıra bilməz. Cənab Kombs və onun hüquq komandası faktlara və məhkəmə prosesinin düzgünlüyünə tam əmindir", - deyə bəyanatda bildirilib.скачать dle 11.3
Mojo.az Banner