Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür

04.02.2025 19:01 1 182
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür.

"Report"a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli bildirib ki, 2023-cü ilin statistik məlumatlarına əsasən, hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır.

O qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.

Onun sözlərinə görə, 69 min 435 nəfərdən 25 min 257-si bu xəstəliklə beş il və beş ildən yuxarı yaşayan insanlardır:

"2023-cü ildə 5 min 668 xəstəyə birinci-ikinci mərhələdə diaqnoz qoyulub. 4 min 608 nəfərə üçüncü, 3 min 390 nəfərə isə dördüncü mərhələdə diaqnoz qoyulub".

Onkoloq bu xəstəliyin vaxtında aşkarlanması üçün insanların məlumatlı olmasının vacibliyinə də toxunub:

"Bu mövzuda maarrifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar tək başına bu yükün altına girə bilməz. Hazırda ən böyük "təbliğat maşını" televiziyalardır. Televiziyalarda bu sahədə maarifləndirmə işləri isə çox zəifdir. Heç olmasa həftədə bir dəfə verilişlərdə onkoloji problemlərə yer ayrılmalıdır. Bəzən televiziyalarda bu mövzuya vaxt ayrılsa da, daha çox özəl klinika və həkimləri reklam olunur. Bununla da razı deyiləm".

Son xəbərlər