Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şok açıqlama: HƏMAS israilli girovu BMT binalarında saxlayıb

01.02.2025 16:58 1 155
Şok açıqlama: HƏMAS israilli girovu BMT binalarında saxlayıb
Fələstinin HƏMAS hərəkatının döyüşçüləri İsrail girovlarından biri olan Emili Damarini fəaliyyəti əvvəllər İsraildə qadağan edilmiş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) binalarında saxlayıblar.

Bu barədə yanvarın 19-da azad edilən qızın anası Mendi "X" sosial şəbəkəsində bildirib.

"HƏMAS Emilini UNRWA binalarında saxlayıb, iki dəfə qızımı yaralayıb və tibbi yardımdan məhrum edib. Onun sağ qalması möcüzədir", - deyə o yazıb.

Bu məlumata cavab olaraq UNRWA-nın nümayəndəsi Conatan Fauler bildirib ki, təşkilat bu iddialara ciddi yanaşacaq.

"Biz dəfələrlə UNRWA binalarının HƏMAS da daxil olmaqla Fələstin silahlı qrupları tərəfindən sui-istifadəyə məruz qalması ilə bağlı müstəqil araşdırmaların aparılmasına çağırış etmişik", - deyə o əlavə edib.

Daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat vermişdi ki, Damari 7 oktyabr 2023-cü ildə HƏMAS-ın silahlı tərəfdarlarının İsrailə hücumu zamanı yaralanarkən iki barmağını itirib, daha sonra Qəzzada girov götürülüb.

Yanvarın 25-də yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Dani Danon dünya təşkilatının baş katibinə UNRWA-nın 30 yanvara qədər İsraildəki bütün fəaliyyətini dayandırmalı olduğunu bildirib. Yanvarın 29-da İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə bildirib ki, İsrail 48 saat ərzində UNRWA-nın bütün ofislərini bağlayacaq, təşkilatın nümayəndələri ilə əlaqələri kəsəcək və yəhudi dövlətinin ərazisində onun fəaliyyətini qadağan edəcək. Daha sonra dünya təşkilatı başçısının rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, UNRWA İsraildə qadağan edildikdən sonra da fəaliyyətini davam etdirir.

Xatırladaq ki, 2024-cü il oktyabrın 28-də Knesset (İsrailin birpalatalı parlamenti) UNRWA-nın ölkədə fəaliyyətini qadağan edən qanun qəbul edib. Qanun UNRWA-nın İsrail ərazisində nümayəndəliklərə malik olmasını, xidmətlər göstərməsini və birbaşa və ya dolayı yolla hər hansı fəaliyyət aparmasını qadağan edir. Qanun layihəsi agentlik əməkdaşlarının 7 oktyabr 2023-cü ildə HƏMAS Fələstin hərəkatının silahlı tərəfdarları tərəfindən yəhudi dövlətinə qarşı törədilmiş hücumda iştirakı barədə məlumatlar əsasında hazırlanıb. İsrail dəfələrlə UNRWA-nın bir çox işçisinin radikal hərəkatın hərbi qanadının fəaliyyətinə cəlb olunduğunu iddia edib.
//oxu.az

Son xəbərlər