Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib

01.02.2025 14:41 1 380
Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib
Sakit okeanın altında səkkizinci qitə aşkar edilib.

Bu barədə beynəlxalq alimlər qrupu tərəfindən GSA-da dərc olunan məqalədə elan edilib.

Bildirilir ki, söhbət Zelandiya adlanan qitədən gedir.

"Sakit okeanın suları altında, Avstraliyanın şərqində unikal geoloji formalaşma - Zelandiya qitəsi yerləşir. Təxminən 5 milyon kvadrat kilometr ərazisi olan bu torpaq kütləsi demək olar ki, tamamilə su altında gizlənib və yalnız kiçik bir hissəsi Yeni Zelandiya və Yeni Kaledoniya adaları şəklində suyun səthindən yuxarı çıxır", - deyə məqalədə qeyd olunub.

Alimlər geoloji tədqiqatlara istinadla bildiriblər ki, Zelandiya qitənin əsas meyarlarına cavab verir: aydın müəyyən edilmiş sərhədlərə malikdir, bir milyon kvadrat kilometrdən çox ərazini əhatə edir, ətraf okean qabığından yuxarı qalxır və daha qalın kontinental qabığa malikdir.

"Qitənin təxminən 94%-i suyun altındadır. Peyk qravitasiyası vasitəsilə əldə edilən batimetrik xəritələr Zelandiyanın vizuallaşdırılmasında böyük kömək göstərib. Əgər Yerin bərk səthinin hündürlüyü Mars və Veneranınkı kimi xəritələşdirilsəydi, Zelandiya qitə kimi müəyyən edilərdi", - deyə alimlər əlavə ediblər.

Hesablamalara görə, Zelandiya bir zamanlar Qondvananın sahəsinin təxminən beş faizini təşkil edib, təxminən 100 milyon il əvvəl ondan ayrılmağa başlayıb. Antarktidadan ayrılma prosesi 105 milyon il əvvəl başlayıb və 85 milyon il əvvəl başa çatıb. Təxminən 23 milyon il əvvəl qitə suya batıb".

Elm adamlarının sözlərinə görə, son tədqiqatlar qitənin yaşının əvvəllər düşünüldüyündən xeyli çox olduğunu vurğulayıblar.

"Biz iddia edirik ki, Zelandiya qismən su altında qalmış kontinental fraqmentlər toplusu deyil, 4,9 milyon kvadrat kilometr sahəsi olan vahid qitədir", - tədqiqatçılar məqalələrində yekunlaşdırıblar.
//oxu.azскачать dle 11.3

Son xəbərlər