Mojo.az Banner
Left Banner
Right Banner

Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - FOTO

31.01.2025 11:43 1 032
Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - FOTO
Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilib.


скачать dle 11.3
Mojo.az Banner