Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Çində şirkət 9 milyon dolları masanın üzərinə qoydu və işçilərə pulu yığmağa icazə verdi

29.01.2025 11:24 1 722
Çində şirkət 9 milyon dolları masanın üzərinə qoydu və işçilərə pulu yığmağa icazə verdi
Çində "Henan Mine Crane Co. Ltd." şirkəti maraqlı addım atıb. Şirkətin illik yığıncağında əməkdaşlar qeyri-adi və səxavətli lotereyanın iştirakçısı olublar.

Bu barədə "World of Buzz" nəşri məlumat verib.

Məlumata görə, şirkət rəhbərliyi təxminən 70 metr uzunluğundakı stolun üzərinə 9 milyon dollar nağd pul qoyub və işçilərə məhdud vaxtda saya bildikləri qədər pul götürmək imkanı verib.

Qaydalar isə sadə olub - işçilər 30 nəfərdən ibarət komandalara bölünüblər və hər bir komanda pulu saymaq üçün ən sürətli iki iştirakçını seçiblər. Məsələn, işçilərdən biri bu yolla 15 dəqiqə ərzində 14.000 dollar qazana bilib.

Şirkətin prezidenti belə səxavətin uğurlu il sayəsində mümkün olduğunu bildirib.

"Bizim bank kreditimiz, borcumuz yoxdur və biz səmimi qəlbdən işçilərimizin həyatını yaxşılaşdırmaq istəyirik", - deyə o qeyd edib.

Son xəbərlər