Mojo.az Banner
23:02 Ağıllı telefonlar dövründə qol saatı taxan insanlar bunu səbəbsiz etmir (ARAŞDIRMA)  |     22:56 Dünyanın ən xoşbəxt ölkəsi xoşbəxtliyin formulunu axtarır  |     22:51 Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video  |     22:43 Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?  |     22:38 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir  |     22:30 Bu ölkədə prezidentliyə 35 namizəd var  |     22:25 Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir (Video)  |     22:18 Nigeriyada terror: 10 əsgər öldü  |     22:05 Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar  |     21:59 ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - Video  |     21:51 İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı  |     21:46 Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"  |     21:38 ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib  |     21:33 Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Talıbova verilirdi"  |     21:25 Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO  |     21:19 Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü  |     21:12 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     21:05 Burak Denizin evindən narkotik vasitə çıxdı  |     21:00 Balın təbiiliyi necə müəyyən olunur? - Video  |     20:52 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Yenidən yoxlanacaq  |    
Left Banner
Right Banner

"Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO

28.01.2025 15:25 609
Su polislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar.

Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı onlardan iki ədəd kiçikhəcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı "Qırmızı Kitab"a düşən çöl quşları, dörd ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı həmin şəxslərin ovçuluq biletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümünün başlanması ilə əlaqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüfatlarının sahələrindən istifadə edilməlidir.

Ov etmək istəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.скачать dle 11.3
Mojo.az Banner