Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb

27.01.2025 19:15 876
Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında idmançılara verilən və keyfiyyətində problem yaranmış medalların dəyişdirilməsi prosesinə qarşıdakı həftələrdə başlanacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Beynəlxalq Olimpiya Komitəsindən bildirilib.

Qurumdan verilən açıqlamada medalların üzərinə naxışların orjinallardakı kimi həkk olunacağı qeyd edilib:

"Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi medalların istehsalı və keyfiyyətinə nəzarət işi ilə məşğul olan "Monnaie de Paris" ilə sıx əməkdaşlıq edir ki, medallardakı hər hansı problemləri qiymətləndirsin, zədələnmənin səbəb və şəraitini başa düşsün. Zədələnmiş medallar sistematik olaraq "Monnaie de Paris" tərəfindən dəyişdiriləcək və orijinallarla eyni şəkildə həkk olunacaq".

BOK tərəfindən məsələ üzrə Milli Olimpiya Komitələri ilə əlaqədə olduqları vurğulanıb:

"Əvəzedici medalların təmin edilməsi prosesi qarşıdakı həftələrdə Paris-2024 və "Monnaie de Paris" tərəfindən, əlaqədar idmançıların Milli Olimpiya Komitələri ilə birlikdə idarə olunan formada başlamalıdır. Paris-2024 müvafiq Milli Olimpiya Komitələri ilə əlaqədədir".

Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Boksçu Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.

H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançının medalı keyfiyyətini itirib.

Son xəbərlər