Mojo.az — elanlar
Son Xəbərlər
21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi

27.01.2025 13:01 1 083
ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi
ABŞ hökuməti Kolumbiyadan idxal olunan mallara əlavə 25% rüsum tətbiq edəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Kolumbiyadan ABŞ-yə daxil olan bütün mallar üçün 25% fövqəladə rüsumlar tətbiq ediləcək. Bir həftə ərzində 25%-lik tariflər 50%-ə qaldırılacaq", - o vurğulayıb.

Bundan əlavə, ABŞ Kolumbiya rəsmiləri və digər rəsmi şəxslərin ölkəyə girişinə məhdudiyyətlər, bank və maliyyə sisteminə sanksiyalar, habelə Kolumbiya hökumətini dəstəkləyən şəxslərə viza məhdudiyyətləri tətbiq edəcək.

Tramp, həmçinin milli təhlükəsizlik məqsədilə Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib və bunun hələ başlanğıc olduğunu bildirib.

Qeyd edək ki, Kolumbiya Prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.

Son xəbərlər