Mojo.az Banner
SON DƏQİQƏ
13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı

24.01.2025 17:46 1 017
Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb.

Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Ə.Rəfibəyov 1972-ci il martın 13-də Qırğızıstanın Bişkek şəhərində anadan olub. 1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olub. 1997-ci ildə ali məktəbi bitirib, iki il ərzində mamalıq və ginekologiya üzrə kliniki ordinatura keçib.

1999-cu ildə Azərbaycana gələrək, Sumqayıt şəhəri 2 saylı doğum evində mama-ginekoloq vəzifəsində çalışıb. 2000-ci ildə Qırğızıstan Dövlət Tibb Akademiyasının aspiranturasına daxil olub və 2003-cü ildə bitirib. "Xoşxassəli şişlərin yaranması və qadın reproduktiv sistemində hiperplastik proseslerə qalxanabənzər vəzin hipofunksiyasının təsiri" mövzusunda dissertasiya müdafiə edib və "tibb elmləri namizədi" adına layiq görülüb.

Bir müddət Bişkek şəhərində Respublika Doğum Evində mama-ginekoloq vəzifəsində çalışıb. 2014-cü ildə Bakıda sertifikasiya komissiyasından keçib.

Son illərdə Sumqayıt şəhərində "Real" Tibb Mərkəzində və Bakıda "Caspian International Hospital"da mama-ginekoloq vəzifəsində çalışıb. 2017-ci ildə Rusiyanın Kazan şəhərində ginekologiyada endoskopik cərrahiyyə kursu və Moskvada mamalıqda təxirəsalınmaz hallar mövzusunda kurs keçib. 20-yə yaxın elmi məqalənin müəllifidir.скачать dle 11.3

Son xəbərlər