Mojo.az Banner
SON DƏQİQƏ
20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Anası qeysəriyyə əməliyyatından imtina edib" - Altı kiloqram çəkidə doğulan uşaqla bağlı AÇIQLAMA (YENİLƏNİB)

17.01.2025 13:01 1 443
"Bakıda 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:

"Bu ananın artıq üçüncü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kiloqram 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən qadın 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib".

Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:

"Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur".

* * * * * 

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində altı kiloqram çəkidə körpə dünyaya gəlib.


Bu barədə Klinik Tibbi Mərkəz məlumat yayıb.

Qeyd olunub ki, 10.01.2025-ci il saat 20:30-da KTM-in Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə ağırçəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub.

Hazırda körpənin və ananın vəziyyəti stabil qiymətləndirilir.скачать dle 11.3

Son xəbərlər