Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:14 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb | 18:11 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib | 18:06 Elektrikli avtomobillər xərçəngə səbəb olur? - ARAŞDIRMA | 17:59 Gədəbəydə avtomobil 6 yaşlı qızı vurdu | 17:50 "Vyetnam səfərimin nəticələrindən çox məmnunam" | 17:42 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu | 17:35 Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi | 17:27 60 yaşdan sonra gəzməkdən daha faydalı ola biləcək 4 məşq | 17:12 Dekabrda 9 gün iş olmayacaq | 17:06 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" | 16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü |
Mojo.az Avto
Mojo.az Avto

Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA

14.01.2025 22:56 1 938
Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsini icra edən Vazeh Əsgərovun həmin ali təhsil müəssisəsində ikinci ali təhsil alması ilə bağlı iddialar yayılıb. 

İddialara görə, o, energetika mühəndisliyi üzrə təhsil alır.

Modern.az iddia ilə bağlı Vazeh Əsgərovla əlaqə saxlayıb. 

O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Belə bir şey yoxdur. Mən 14 il təhsil almışam, 4 il Azərbaycanda bakalavr pilləsində oxumuşam, 10 il isə xaricdə. Yayılanlar hamısı boş söhbətlərdir".

Qeyd edək ki, Vazeh Əsgərov 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-cı ildən UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb. 

O, 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru təyin edilib və ona ADNSU-nun rektoru vəzifəsini icrası tapşırılıb.

Xatırladaq ki, ADNSU-nun əvvəlki rektoru Mustafa Babanlı 2023-cü ildə vəzifəsindən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.

Son xəbərlər