Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA

10.01.2025 14:58 2 823
Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı yayılan kütləvi ixtisarlarla bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq SDU-dan bildirilib.

Məlumata görə, bu günə qədər universitetdə bütün kadr dəyişiklikləri Əmək Məcəlləsinə uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb:

"İslahatların aparılmasında əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir".

Həmçinin bildirilib ki, son bir il ərzində ali təhsil müəssisəsində tədrisin təşkili, məzmunun yenilənməsi və idarəetmənin səmərəliləşdirilməsi ilə bağlı islahatlar aparılır.

"Eyni zamanda, islahatlar zamanı universitetin tələbəyönümlü mövqedə olması və tələbələrə yüksək keyfiyyətli xidmətin göstərilməsi əsas götürülür. Tələbələrlə keçirilən müxtəlif sorğuların nəticələri nəzərə alınaraq, idarəetmə və struktur müasir tələblərə uyğun yenilənir. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnəlmiş strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr, eləcə də islahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılıb", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner