İlham Əliyev Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO
Bununla bağlı dövlət başçısı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".

