Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC

21.12.2024 19:42 1 038
Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC
Astrologiyanın ən uğurlu bürcləri məlum olub.
 
Median.Az bu dəfə həmin məlumatı təqdim edir.
 
Oğlaq - İntizamlı, iddialı və qətiyyətli xarakterə malikdirlər. Onlar qarşılarına yüksək məqsədlər qoyur və buna çatmaq üçün çox çalışırlar. Oğlaq bürclərinin ən böyük xüsusiyyətlərindən biri də uğursuzluqlar qarşısında belə təslim olmadan strateji olaraq irəliləmələri və hər şəraitdə yaşaya bilmələridir. Buna görə də onlar tez-tez biznesdə və rəhbər vəzifələrdə uğur qazanırlar. Uzunmüddətli planlar qurmaqda və məsuliyyət götürməkdə əladırlar.
 
Şir - Özlərinə tam inamları var və bu onlara ətrafdakıların üzərində güclü təsir buraxmağa imkan verir. Yaradıcılıqları, xarizması və insanlarla münasibətlərindəki uğurları onları iş dünyasında və sənət kimi sahələrdə zirvələrə apara bilər. Şirlər komandalarını ruhlandıran və motivasiya edən, uğur qazanmaq üçün bütün qabiliyyətlərini işə salan liderlərdir.
 
Əqrəb - Güclü intuisiya, qətiyyət və strateji düşünmə qabiliyyətləri ilə tanınırlar. Onlar yüksək emosional zəkaya malikdirlər və vəziyyətləri təhlil etməkdə çox müvəffəqiyyətlidirlər. Əqrəblər böhran anlarında belə soyuqqanlılığını qoruyub saxlayaraq, ən yaxşı nəticələrə nail olurlar. Onlar biznesdə, elmi araşdırmalarda və ya istənilən sahədə həvəslə çalışaraq uğur qazana bilərlər.
 
Buğa - Səbir və qətiyyətlə uzunmüddətli uğura nail olurlar. Onlar təbiətcə sabitdirlər və təhlükəsizlik axtarışları onları çox işləməyə sövq edir. Buğalar nə istədiklərini bilirlər və ona çatmaq üçün lazım olan hər addımı atırlar. Onlar yavaş-yavaş, lakin əminliklə irəliləyirlər. İş intizamı sayəsində onlar tez-tez maliyyə sahəsində və karyeralarında uğur qazanırlar.
 
Qız - Detallara diqqəti və mükəmməlliyi ilə seçilir. Hər hansı bir layihəyə başlayanda onu ən yaxşı şəkildə bitirməyə çalışırlar. Qızlar təşkilatçılıq bacarıqları və həll yönümlü yanaşmaları ilə çox uğurludurlar. Onların vasvası və analitik perspektivləri həm iş dünyasında, həm də elmi sahədə çox uğurlu olmalarına səbəb olur.скачать dle 11.3
Mojo.az Banner