Mojo.az Banner
22:55 Bu minib-düşmə yeri" sürücülərə problem yaradır - Video  |     22:53 Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - Video  |     22:48 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib  |     22:32 “Zirə” Azərbaycan kubokunun finalına yüksəldi  |     22:15 Latviya Prezidenti Azərbaycana gəldi  |     22:10 Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı  |     22:07 "Oskar" mükafatlı rejissor vəfat etdi  |     22:04 Bakı metrosunda daha bir insident: Ölən var  |     21:53 Məktəblərdə "Son zəng"in keçiriləcəyi tarix açıqlandı  |     21:48 Azərbaycanın pambıq ixrac və idxalı artdı  |     21:40 Gürcüstan hökumətində dəyişiklik oldu - Yeni nazirlər  |     21:34 Bakı metrosunun stansiya rəisi öldü  |     21:29 Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi - 9 nəfər isə...  |     21:24 Aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb  |     21:16 Bakıda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı  |     21:11 Suraxanıda məktəbdə dərs dayandırılıb? - AÇIQLAMA  |     21:03 Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 faizi açılıb  |     20:57 Plastik qabların insan sağlamlığına təsiri nələrdən ibarətdir?  |     20:51 Tikinti şirkətindən 25 min manatlıq oğurluq edilib  |     20:44 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |    
Left Banner
Right Banner

Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? (SİYAHI)

18.12.2024 22:38 1 080
Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? (SİYAHI)
Misli Premyer Liqası təmsilçilərindən "Turan Tovuz” qış fasiləsini Türkiyədə keçirəcək.

Bu barədə "Report”a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Digər klubların hazırlıq planının dəqiq vaxtı, proqramı tam məlum olmasa da, əksəriyyətinin Azərbaycanda qalacaqları müəyyənləşib.

Anar Hacıyev ("Qarabağ”ın mətbuat katibi): "Toplanış Azərbaycanda olacaq. Toplanışın dəqiq vaxtı, hazırlıq oyunları və digər detallarla bağlı yaxın günlərdə açıqlama veriləcək”.

Mahal Məmmədov ("Araz-Naxçıvan”ın mətbuat katibi): "Komanda təlim-məşq toplanışını Bakıda keçirəcək. Yanvarın 5-də və ya 6-da yığışacaqlar. Ən azı bir yoldaşlıq görüşü nəzərdə tutulub, ancaq rəqib müəyyənləşməyib”.

Süleyman Tağıyev ("Turan Tovuz”un mətbuat katibi): "Komanda təlim-məşq toplanışını yanvarın 4-13-ü aralığında Türkiyədə keçirəcək. Digər detallarla bağlı açıqlama veriləcək”.

Elmar Abdullazadə ("Zirə”nin mətbuat katibi): "Hələ ki, toplanışla bağlı yekun qərar yoxdur. Müəyyənləşdikdən sonra bu barədə klub tərəfindən açıqlama veriləcək”

Elnur Həmidov ("Sabah”ın mətbuat katibi): "Komanda qış təlim-məşq toplanışını Bakıda, öz bazasında keçirəcək. Hazırlıq yanvarın 4-də başlayacaq. Toplanış müddətində keçiriləcək yoxlama oyunları ilə bağlı qarşıdakı günlərdə dəqiq məlumat veriləcək”.

Zaur Xudiyev ("Sumqayıt”ın mətbuat katibi): "Hələ hazırlıqla bağlı dəqiq qərar verilməyib. Bununla əlaqədar müvafiq məlumat klub tərəfindən elan olunacaq”.

Asəf Zeynallı ("Neftçi”nin mətbuat katibi): "Toplanış Bakıda, öz bazamızda olacaq. Komanda yanvarın əvvəlində bir araya gələcək”.

Yusif Hüseyn ("Şamaxı”nın mətbuat katibi): "Toplanış Azərbaycanda olacaq. Komanda yanvarın 3-də yığışacaq. Hazırlıq müddətində 2 yoxlama oyunu planlaşdırılıb”.

Azad Mustafayev ("Kəpəz”in mətbuat katibi): "Komanda mövsümün qalan hissəsinə Gəncədə hazırlaşacaq. Yoxlama görüşləri üçün digər bölgələrə gedə bilərik. Toplanışın başlama vaxtı hələ ki, dəqiq deyil. Çox güman, yanvarın 2-si və ya 3-də başlayacaq”.

Rəşad Məmmədov ("Səbail”in mətbuat katibi): "Komanda təlim-məşq toplanışını öz bazasında keçəcək. Yanvarın 3-də toplanışa start veriləcək. Bir yoxlama matçı nəzərdə tutulub. Rəqib isə hələ məlum deyil”.

Qeyd edək ki, Misli Premyer Liqasında 2024-cü ilin son oyunları XVIII turda dekabrın 20-22-də keçiriləcək. III dövrəyə isə yanvarın 17-19-da start veriləcək.скачать dle 11.3
Mojo.az Banner