Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Adelin bu mahnısı bütün dünyada qadağan edildi

17.12.2024 20:00 1 173
Adelin bu mahnısı bütün dünyada qadağan edildi
Braziliya məhkəməsi britaniyalı pop müğənnisi Adelin "Million Years Ago" (Milyon il əvvəl) mahnısının bütün dünyada, o cümlədən musiqi yayım xidmətlərində satışdan çıxarılmasına qərar verib.
 
Median.Az oxu.az-a istinadla xəbər verir ki, ilkin qadağa "Sony" və "Universal" şirkətlərinə qoyulub. Onlardan mahnının istifadəsi, yayımlanması, redaktəsi, paylaşılması və ya hər hansı şəkildə kommersiyalaşdırılmasını dərhal dayandırmaq və bunu bütün dünyada tətbiq etmək tələb olunub.
 
Qərar bəstəkar Toninyo Geraes tərəfindən qaldırılan plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı müğənnini Martinyo da Vilanın 1996-cı il "Mulheres" kompozisiyası üçün özünün yazdığı musiqidən yararlanmaqda ittiham edib.

Qadağaya əlavə olaraq, Geraes Adel, prodüser Qreq Kurstin və bir neçə musiqi şirkətindən - o cümlədən "Sony" və "Universal"dan 160 min dollar təzminat tələb edib. Bəstəkar həmçinin Adelin mahnısının müəllif hüquqlarını almaq niyyətindədir.

Bildirilir ki, "Sony" və "Universal"ın törəmə şirkətləri hər bir riayət etməmə aktı üçün 8 min dollar cərimə ilə üzləşə bilərlər. Lakin musiqi şirkətləri hələ də bu qərardan apellyasiya şikayəti verə bilərlər.
скачать dle 11.3
Mojo.az Banner