Mojo.az Banner
18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |     16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |     15:49 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü - Video  |     15:22 Azərbaycana ilk qar yağacaq - Bu tarixdə  |     15:14 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     15:12 Bakıda məhkumun həbsdən əvvəl gizlətdiyi "Kalaşnikov" avtomatı tapılıb  |     13:36 Bakıda məhkuma aid silah-sursat aşkarlandı  |    
Left Banner
Right Banner

Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara BƏD XƏBƏR

16.12.2024 21:06 792
Hərbi xidmətdən “neqodnı” adı ilə yayınanlara BƏD XƏBƏR
Hərbi xidmətkeçmə haqqında" Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.
 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
 
Sfera.az bildirir ki, hərbi ekspert Səxavət Məmməd Referans.az-a açıqlamasında bu qərarın mahiyyəti haqqında danışıb.
 
“Əslində, hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi gözlənilən bir hal idi. Çünki dünyada çox az ölkələrdə hərbi xidmətə son çağırış yaşı həddi 35 idi və bunlardan biri də Azərbaycan idi. Ona görə də bu yaş həddinin çox olması ilə bağlı iradlar və təklidlər də var idi. Bu səbəbdən yaş həddinin endirilməsi normal haldır. Əslində, 30 yaş həddi də çoxdur. Dünyada hətta müharibə vəziyyətində olan bir çox ölkələrdə belə bu yaş həddini 27 götürürlər. Mən də hesab edirəm ki, Azərbaycan üçün də ən uyğunu elə bu yaş ola bilərdi”.
 
Ekspert qeyd edib ki, 30 yaş üstü şəxslərin əsgərliyə getməsi məsələsində əsas problemlərdən biri də fiziki hazırlıq olaraq onların digər gənc hərbi xidmət yoldaşlarından geri qalması idi.
 
“Xəstəliklə və ya hansısa xəstəlik adı altına hansısa bir formada ordu sıralarına qatılmayanların məsələsi hazırda gündəmdədir. Ən çox müzakirə olunan məsələlərdən biri də odur ki, məhz bu proses necə tənzimlənəcək. Bəziləri deyirdi ki, məhz bu prosesi yenidən həll etmək lazımdır, bəziləri deyir, onları yalnız Səfərbərlik Xidmətinə çağırıb onları hansısa formada ordu sıralarına qatmaq lazımdır. Düşünürəm ki, bu biraz çətin proses olacaq. Çünki bir çoxları bu məsələyə görə pullar xərcləyiblər, Əgər bu məsələ yenidən araşdırılsa, hesab edirəm ki, çox sayda insanla bağlı cinayət işi açıla bilər. Ona görə də bu prosesdə şəffaflığa ehtiyac olacaq. Prosesin necə idarə ediləcəyi çox önəmli məsələdir. Təkcə qanunun qəbul edilməsi ilə iş bitmir. Əks halda olduqca çox problemli situasiyalarla üz-üzə qalacağıq”.скачать dle 11.3
Mojo.az Banner