Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:06 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır | 17:00 Rusiyada internet kəsilib | 16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

“Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ölüb

14.12.2024 22:52 1 347
“Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ölüb
İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.

Apa xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.

Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.

“La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə üzvləri ilə birgə ekskursiyada olub və o 150 metr hündürlükdən yıxılıb. Şirkət mətbuata açıqlamasında ölümü təsdiqləyib.

Qeyd edək ki, “Mango” mağazalar şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən qurulub.

Forbes jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi. "Mango"nun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.

Son xəbərlər