Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

“Bakı Sığorta”nın lisenziyası ləğv edilib

13.12.2024 20:55 1 620
“Bakı Sığorta”nın lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziyasını ləğv edib.

Median.Az
bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə "Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Bakı Sığorta”ya verilmiş 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.

Şirkətin maliyyə göstəriciləri onun öhdəliklərini tam və vaxtında icra etməyə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.

Bununla da, Azərbaycanda lisenziyası olan sığorta şirkətlərinin sayı 16-ya düşüb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32 %) və “Ekolizinq” MMC-dir (6,68 %).скачать dle 11.3
Mojo.az Banner