15 yaşı tamam olan Azərbaycan vətəndaşlarının ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırkı qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınırlar.
Dəyişikliyə əsasən isə qeydiyyat yanvar-may aylarında aparılacaq.
