Mojo.az Banner
19:44 Polis avtomat, qumbara və tüfənglər aşkarladı  |     19:38 Azərbaycanda 400-ə yaxın şəxs zəhərlənib - Statistika  |     19:30 Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi  |     19:24 Ən yüksək sosial yardımı onlar alır - SİYAHI  |     19:15 "Başına torba keçirib..." - Sərhəddə həbs olunan Yadullanın anası  |     19:03 Azərbaycanın Ermənistana satdığı benzinin qiyməti qalxdı  |     18:57 Verdiyi sözü hər zaman tutan 3 BÜRC  |     18:52 İdman edənlər diqqət: Turşu suyu ilə balın faydaları  |     18:45 Gecə saatlarında etdiyi hərəkətə görə HƏBS EDİLDİ  |     18:39 Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO  |     18:34 İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? – RƏSMİ AÇIQLAMA  |     18:19 Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb  |     18:18 Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI  |     18:09 Sabunçuda evdən 10 min manatlıq oğurluq olub  |     17:47 Bakıda futbolçu ÖLDÜ - FOTO  |     17:31 Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları (SİYAHI)  |     17:21 Ukrayna Rusiyada neft emalı zavoduna zərbə endirib  |     17:08 Bu əşyanı özünüzlə mütləq götürün – Pilotdan məsləhət  |     16:56 Ölkəmizdə donuzların yarıdan çoxu bu rayonda saxlanılır  |     16:51 Sabah hava necə olacaq?  |    
Left Banner
Right Banner

Azərbaycanda hərbi xidmətlə bağlı cərimələr artırılır

13.12.2024 17:57 1 503
Azərbaycanda hərbi xidmətlə bağlı cərimələr artırılır
Hərbi xidmətə çağırışçılarla bağlı məlumatların təqdim edilməməsinə görə yeni cərimə müəyyən edilir.

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə edilir.

Hazırda bu əmələ görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.скачать dle 11.3
Mojo.az Banner