Mojo.az Banner
15:03 Vitrinlər boş, qapılar bağlı... - "20 Yanvar"da keçiddəki obyektlərin aqibəti necə olacaq? - Video  |     15:00 Pakistanda sərnişin avtobusu dərəyə düşdü: 40 nəfər öldü  |     14:59 Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib  |     14:28 Bakıda qanunsuz torpaq satan 11 nəfərin işi məhkəməyə göndərildi  |     14:04 Gürcüstanda "Qırmızı Körpü" gömrük məntəqəsinin növbə rəisi həbs edildi  |     14:02 Bakıda 62 yaşlı kişi zəhərlənmədən öldü  |     13:15 Qızılın qiyməti 4200 dolları ötdü  |     12:59 "Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA  |     12:27 Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - Video  |     12:24 Leyla Əliyevanın doğum günüdür  |     12:17 Keçmiş şirkət rəhbəri Vüqar Əliyev həbs edildi - FOTO  |     11:49 İyunun qəribə havasının sirri açıldı: Təbiət, yoxsa insan?  |     11:44 İyun-iyul aylarında satılan qarpızlar sağlamlıq üçün risk yaradır?  |     11:24 İndoneziyada yenə güclü zəlzələ oldu  |     11:18 Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ  |     11:14 Azərbaycanda sığorta məbləğinin ödənilməsində YENİLİK  |     23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |    
Left Banner
Right Banner

Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...

04.12.2024 21:16 1 233
Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...
Yasamal rayon bələdiyyəsinin keçmiş sədri Zakir Cəfərov və bələdiyyənin icra aparatı, vergi və ödənişlər şöbəsinin sabiq müdiri Həmid Həmidov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.

Qaynarinfo-nun məlumatına görə, kassasiya şikayətinin təqsirləndirilən şəxslər verib. Tahir Kazımov iş üzrə hakim təyin edilib.

Zakir Cəfərovla Həmid Həmidov bir müddət əvvəl saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.

İttihama görə, 2007-ci ildən 2020-ci ilə kimi Yasamal bələdiyyəsinin sədri olmuş Zakir Cəfərov vəzifə səlahiyyətlərini aşmaqda və qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol verib. Zakir Cəfərov və qeyriləri birləşərək Qarabağ qazisindən və digər zərərçəkmiş şəxslərdən bələdiyyə mülkiyyətində olan torpaqları dövlət qeydiyyatına asanlıqla alındıra biləcəyinə inandıraraq 310 min manat alıblar.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Zakir Cəfərov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib. Zakir Cəfərov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Sabiq bələdiyyə sədrinin Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67-də yerləşən əmlakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16-da yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs ləğv edilib və əmlaklar onun sərəncamına verilib.

Həmid Həmidov isə 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.скачать dle 11.3
Mojo.az Banner