Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda məktəbdə baş verən yanğının SƏBƏBİ açıqlanıb (YENİLƏNİB)

02.12.2024 15:34 1 437
Abşeronda məktəbdə baş verən yanğının SƏBƏBİ açıqlanıb (YENİLƏNİB)
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən məktəb binasında elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində yanğın baş verib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.

"Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusuna zərər dəyib, tədris binası mühafizə edilib. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır", - deyə açıqlamada bildirilib.

* * * * *

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yanğın olub.


Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər