Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir

29.11.2024 15:14 1 206
HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
"Fələstinin HƏMAS hərəkatının rəhbərləri İsrailə mümkün güzəştləri, o cümlədən Filadelfiya dəhlizi üzərində nəzarətin saxlanılmasını müzakirə edirlər".

Bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Bildirilir ki, HƏMAS uzun müddət İsrailin Baş naziri Netanyahunun tam təslim olmağı tələb etdiyini hesab edib; hərəkat bununla heç indi də razılaşmaz. Lakin bəzi rəhbərlər İsrailin müharibənin dayandırılmasında və qoşunların Qəzza zolağından çıxarılmasına həqiqi maraq göstərəcəyi təqdirdə razılaşa biləcəkləri potensial güzəştləri müzakirə ediblər.

"HƏMAS rəhbərliyinin nəzərdən keçirdiyi təkliflərdən biri İsrailə Misir və Qəzza arasındakı sərhəd bölgəsində, Filadelfiya dəhlizi kimi tanınan ərazidə, ən azı müvəqqəti olaraq mövcudluğunu qorumaq hüququ verməkdir", - deyə NYT iki mənbəyə istinadən yazır və qeyd edilir ki, HƏMAS nümayəndələri açıq şəkildə bu ərazidə İsrailin hər hansı uzunmüddətli nəzarətini rədd edirlər.

Son xəbərlər