Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Sabah bəzi rayonlarda çiskinli yağış yağacaq - PROQNOZ

29.10.2024 19:59 1 980
Sabah bəzi rayonlarda çiskinli yağış yağacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında qısamüddətli çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

Son xəbərlər