Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi | 20:39 Çində dünyanın ən uzun asma körpüsü tikildi - Mərkəzi aşırımı 1208 metrdir | 20:33 Hər kəs üçün 8 saat yuxu vacib deyil - Optimal müddət | 20:27 Braziliya Sinqapura 7 qol vurdu | 20:22 Əmək haqqı ödənişləri elektronlaşdırılacaq | 20:14 Kəlbəcərdə 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edildi |
Mojo.az Avto
Mojo.az Avto

Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır

29.10.2024 17:34 1 380
Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır
Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılacaq.

Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar  www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.

Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada  https://biletim.az/ portalı üzərindən əldə edilir.
Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1 120 reys həyata keçirilib, 34 981 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Son xəbərlər