Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlıların cinsi istismarında ittiham olunan Diddiyə qarşı yeni iddialar qaldırıldı

29.10.2024 15:49 2 094
Azyaşlıların cinsi istismarında ittiham olunan Diddiyə qarşı yeni iddialar qaldırıldı
Məşhur ABŞ-li reper və prodüser Diddi (əsl adı Şon Kombs) ilə bağlı yenidən səs-küylü qalmaqal yaranıb.

Nyu-York əyalət məhkəməsinə irəli sürülən yeni iddialara görə, musiqiçi 2005-ci ildə 10 yaşlı uşağa və 2008-ci ildə 17 yaşlı oğlana qarşı cinsi istismarda ittiham olunur.

Bu barədə oxu.az "Reuters"ə istinadən xəbər verir.

Mülki iddia vəkil Toni Buzbi tərəfindən qaldırılıb və o, 150-dən çox zorakılıq qurbanını təmsil etdiyini bildirir. Vəkilin sözlərinə görə, o, artıq Diddiyə qarşı ən azı 17 iddia qaldırıb.

"Bu, yalnız başlanğıcdır. Biz bütün qurbanlar üçün ədalətə nail olmaq niyyətindəyik", - deyə Buzbi "Reuters"ə müsahibəsində qeyd edib.

İkinci iddiada başqa bir ittihamçı 2008-ci ildə 17 yaşında ikən "Making the Band" realiti-şousunun dinləmələrində iştirak etdiyini və bu zaman Kombs, eyni zamanda onun mühafizəçisi tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

Hadisələrin təfərrüatı hələlik açıqlanmayıb.

Diddinin vəkilləri bütün ittihamları qəti şəkildə rədd edirlər.

"Bu iddianın arxasında duran vəkil həqiqətin ortaya çıxmasında deyil, medianın diqqətinin cəlb edilməsində maraqlıdır. Məhkəmədə həqiqət qalib gələcək. Kombs heç vaxt cinsi təcavüz və ya insan alveri ilə məşğul olmayıb", - deyə Şon Kombsun vəkillərinin bəyanatında bildirilir və bu bəyanatlar daha əvvəlki məhkəmə iddialarından sonra verilənlərlə oxşarlıq təşkil edir.скачать dle 11.3
Mojo.az Banner