Mojo.az Banner
16:35 Bakı-Tbilisi-Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlər olacaq?  |     16:12 Azərbaycan "Metrik Konvensiya"sına qoşuldu  |     15:55 Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb  |     15:39 Avqustda neçə gün iş olmayacaq?  |     15:22 Azərbaycanda 7 min manatadək yeni cərimələr tətbiq ediləcək  |     15:06 Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Video  |     15:04 Generala yüksək vəzifə verildi - TƏYİNAT  |     14:48 Qazla bağlı rüsum LƏĞV EDİLİR  |     14:38 Günəşdə ən yüksəksəviyyəli alışmalar gözlənilir  |     13:39 Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     12:51 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE  |     12:50 Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi  |     12:49 Qlobal bazarda neft bahalaşdı  |     12:47 İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu - FOTO  |     12:45 Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb  |     12:37 Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?  |     12:31 Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ  |     12:16 Loren Bennet 37 yaşında vəfat etdi  |     12:06 Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub  |     11:37 Bakıda 40 yaşlı kişi küçədə öldü  |    
Left Banner
Right Banner

Türkiyə hökuməti 8 000 il həbsə məhkum edilən Adnan Oktarın varidatını müsadirə etdi

26.10.2024 18:31 1 170
Türkiyə hökuməti 8 000 il həbsə məhkum edilən Adnan Oktarın varidatını müsadirə etdi
Türkiyə hökuməti cinayət təşkilatı yaratmaqda və idarə etməkdə təqsirləndirilərək 8 463 il həbs cəzasına məhkum edilmiş Adnan Oktarın iki milyard lirəlik (35.1 milyon manat) sərvətini müsadirə edib.

Bu barədə Türkiyə mediası xəbər yayıb.

Bildirilir ki, Türkiyə Kassasiya Məhkəməsinin 1-ci Cinayət Palatası iyul ayında Adnan Oktarın cinayət işi üzrə apellyasiya araşdırmasını yekunlaşdırıb, məhkəmə həbs cəzasını təsdiqləyib. Oktarın dəstə üzvlərinin istifadə etdiyi 61 lüks avtomobil və 17 lüks villa isə dövlətin xəzinəsinə keçirilib.

Məhkəmə prosesləri başa çatdıqdan sonra Oktarın qurduğu cinayətkar dəstənin əmlakının xəzinəyə köçürülməsi tamamlanıb. Beləliklə, təşkilatın azı iki milyard lirə olduğu düşünülən əmlakı dövlətə verilib.

Xatırladaq ki, Türkiyədə təriqət lideri Adnan Oktara (təxəllüsü Harun Yəhya) 8 658 il həbs cəzası verilib. Onun barəsində "təşkilata rəhbərlik", "FETÖ silahlı terror təşkilatına yardım", "siyasi və ya hərbi casusluğa cəhd", "işgəncə", "azadlıqdan məhrumetmə", "birdən çox şəxslə birlikdə yetkinlik yaşına çatmayanla bir neçə dəfə cinsi əlaqədə olma", "seksual zorakılığa məruz qoyma" və sair maddələrlə 232 il 9 aydan 1198 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib. Məhkəmə Adnan Oktarı "terror təşkilatına rəhbərlik etmək", "seksual zorakılıq", "təhsil hüququna mane olmaq", "işgəncə vermək", "şəxsi azadlıqdan məhrumetmə" və "şəxsi məlumatların qeydə alınması" ittihamları ilə 891 il həbs cəzasına məhkum edib. Bundan əlavə, Oktar təşkilatın lideri olduğu üçün digər müttəhimlərin törətdikləri cinayətlərə görə də məsuliyyət daşıdığından onun cəzası artırılaraq 8 463 ilə çatdırılıb.скачать dle 11.3
Mojo.az Banner