Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət - Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK?

25.10.2024 14:06 846
Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət - Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK?
2020-ci ildə icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi planlaşdırılırdı. Həmin il tibbi xidmətlərə görə müştərək maliyyələşmə məbləği də açıqlanmışdı. Ötən il "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilərək müştərək maliyyələşmənin tətbiqi 2025-ci il yanvarın 1-dək təxirə salınıb.

Müştərək maliyyələşmə nədir? Bunun tətbiqi nəyi dəyişəcək?

Mövzu barədə Bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, müştərək maliyyələşmə vətəndaşın birbaşa ambulator-poliklinik və digər xidmətlərə görə müraciətində tətbiq ediləcək:

"İcbari tibbi sığortada həmin müştərək maliyyələşmə sisteminin tətbiqi 2024-cü il yanvarın 1-dən başlamalı idi. Lakin bu, təxirə salındı. 2025-ci il yanvarın 1-nə keçirildi. Həmin qanuna əsasən, sığorta olunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik xidmətlərdən və yaxud icbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etdiyi və həmin ərazidən kənarda yerləşən dövlət tibb müəssisələrinə göndərildiyi halda, paralel olaraq müalicənin gedişi boyu təkrar müalicəyə ehtiyac yarandığı halda və bunu dövlət sığorta mərkəzi həyata keçirirsə, bu zaman müştərək maliyyələşmə tətbiq edilir və məbləği ödənilir".

Həkim bildirib ki, bu sahədə ən nümunəvi model Türkiyə səhiyyəsidir:

"Bu məsələlər gələn ildən yəqin ki, öz həllini tapar. Bütün bunları qanuni qaydaya salmaq üçün dünya təcrübəsinə müraciət etməli və onun Azərbaycanda tətbiqinə çalışmalıyıq. Bununla bağlı ən yaxşı nümunəvi model Türkiyə modelidir".скачать dle 11.3
Mojo.az Banner