Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Meksikada uşaqlarda piylənmə səbəbindən məktəblərdə zərərli qidaların satışı qadağan ediləcək

22.10.2024 19:11 1 161
Meksikada uşaqlarda piylənmə səbəbindən məktəblərdə zərərli qidaların satışı qadağan ediləcək
Meksika iqtidarı uşaqlar və yeniyetmələr arasında piylənmə ilə mübarizə aparmaq üçün məktəblərdə sağlam olmayan qida və şirin içkilərin satışını tamamilə yasaqlayacaq.

Bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında çıxış edən respublikanın təhsil naziri Mario Delqado bildirib.

“Sentyabrın 30-da təhsil və səhiyyə nazirliklərinin rəhbərləri (əvvəlki hökumətin – red.) məktəblərdə sağlam qidalanmanın təşviqi ilə bağlı razılaşma imzalayıblar. 29 mart 2025-ci il tarixindən etibarən milli təhsil sisteminin bütün ibtidai, orta və yuxarı səviyyəli məktəbləri üçün (razılaşmanın şərtlərinin yerinə yetirilməsi - red.) məcburi olacaq”, – Delqado diqqətə çatdırıb.

Nazir qeyd edib ki, söhbət aşağı qida dəyəri olan ifrat emal edilmiş məhsulların satışının qadağan edilməsindən gedir.

“Bizim artıq müəyyən göstərişlərimiz olub, lakin onlar lazımi gücə malik deyildi. Əslində, məktəblərin əksəriyyətində aşağı qida dəyəri olan məhsulların satışı üstünlük təşkil edir”, – nazir vurğulayıb və araşdırmaların məlumatlarını gətirib ki, məktəblərin 98 %-də zərərli qida, 95 %-də şirin içkilər, 79 %-də qazlı içkilər satılır.

Delqadonun sözlərinə görə, bu məsələ məktəblilərin piylənməsi vəziyyəti səbəbindən xüsusilə gündəmdədir.

“Milli sağlamlıq və qidalanma araşdırmasına görə, 5-11 yaş arası 5,7 milyon şagirddə və 12-19 yaş arası 10,4 milyon şagirddə piylənmə problemi var. Bu, göz yuma bilməyəcəyimiz bir problemdir”, – nazir söyləyib və baş verənləri həddindən artıq şəkər istehlakı ilə əlaqələndirib.скачать dle 11.3
Mojo.az Banner