Mojo.az Banner
19:32 Arda Güler üçün 80 milyon avroluq təklif  |     19:31 Mingəçevirdə həkim vəfat etdi  |     19:04 Bakıda gecə klubunun qarşısındakı QƏTLİN TƏFƏRRÜATI: "Hadisə baş verən gün Emil bizdə müştəri idi" (Video)  |     19:00 Üzərinə yol nişanı aşan Sərxanın VƏZİYYƏTİ AĞIRDIR  |     18:52 Smart-kart tipli qaz sayğaclarında yaranan problem SOCAR tərəfindən həll olunur  |     18:30 Azərbaycanda üç gün əvvəl itkin düşən kişinin MEYİTİ MEŞƏDƏN TAPILDI  |     18:15 Şamaxıda buzlu yolda köməksiz qalan İKİSİ UŞAQ OLMAQLA beş nəfər xilas edildi  |     17:26 Son günlər kiberdələduzluq halları artıb - DİN  |     17:12 Bakıda TƏHLÜKƏLİ ANLAR - Güclü külək binanın fasadını UÇURTDU (Video)  |     16:56 "Beşiktaş" Azərbaycan millisinin üzvünü transfer etmək istəyir  |     16:38 "Azəriqaz" bayram günü minlərlə insanı necə qazsız qoydu?  |     15:39 Türkiyənin məşhur kanalı bağlandı  |     15:23 Polad Həşimovun doğum günüdür  |     15:16 Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT  |     15:11 Bakıda yardım etdikləri qadını talayan iki şəxs saxlanıldı  |     15:06 Türkiyədə polislərin şəhid olduğu anti-İŞİD əməliyyatı ilə bağlı 26 şübhəli tutuldu  |     15:05 Qarlı və şaxtalı hava avtomobil yollarında hərəkəti çətinləşdirir - Sürücülərə MÜRACİƏT (Video)  |     14:43 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ  |     14:10 Maqnit qasırğasının güclənəcəyi gözlənilir  |     12:57 Leyla Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən paylaşım edib (Video)  |    
Left Banner
Right Banner

Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır: "Bilmirəm, kimə qoşulub" - FOTO

12.10.2024 14:03 975
Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır:
Üç ay əvvəl dənizdə batdığı deyilən və axtarışları aparılan gəncin ailəsi onun ölmədiyini, itkin düşdüyünü iddia edir.

"Qafqazinfo"ya müraciət edən 27 yaşlı Kənan Qurbanovun atası Vaqif Qurbanov düşünür ki, oğlu bunu planlı şəkildə edib.

Onun sözlərinə görə, avqustun 19-da ailəlikcə dəniz kənarında istirahətdə olublar: "Dedik-güldük, əyləndik. Elə gözümüzün qabağında da yoxa çıxdı. Hara getdi, niyə getdi bilmədik. Axtardıq, tapa bilmədik. FHN-in nümayəndələri onun axtarışları ilə məşğul oldular. Bütün gecəni yatmadım, oturdum dənizin kənarında. Amma onlar da dedilər ki, Kənan batsaydı, nəşi üzə çıxardı. Elə mən özüm də bu fikirdəyəm. Çünki oğlum itəndən sonra evdə bir dəst paltarının olmadığını gördük. Bundan başqa o, bankdan da 3500 manat kredit pul götürübmüş. Kənan yoxa çıxdıqdan sonra avtomobildən banka aid olan sənədlər tapdım. Pulu niyə götürüb, bilmirik. Özünün də belə şeylərdən xoşu gəlmirdi. Özü də sadə telefon işlədərdi. "Instagram"a belə ya mənim, ya da anasının telefonu ilə girirdi. Zəhmətkeş uşaq idi, elə olurdu ki, bir gün evə gəlirdi, bir gün gəlmirdi. Kənan İçərişəhərdə skripkada ifa edirdi. Onu kimlərsə yoldan çıxarıb, bilmirəm kimə qoşulub..."

Vaqif Qurbanov məsələ ilə bağlı polisə də müraciət edib: "Bütün sənədləri, xarici pasportu da evdədir. Ölkədən çıxıbmı, onu da bilmirəm. Bütün dostları, tanışları ilə də danışmışam. Heç kim bilmir ki, Kənan hardadır. Heç olmasa, bircə dəfə zəng etsə, desə ki, "yaxşıyam" bizə bəs edər. Təki onun sağ olduğunu bilək. Hələ də dənizin kənarına gedib-gəlirəm. Bəlkə qayıdar deyə".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, itkin düşmə ilə bağlı axtarış elan edilən şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

İddialarla əlaqədar Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan məsələ haqda belə cavab verildi: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 19 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun dənizdə batması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Dənizdə batdığı ehtimal olunan vətəndaşın axtarışları 31 avqust 2024-cü il tarixinədək intensiv şəkildə aparılıb. Ailə üzvlərinin müraciəti əsasında dənizdə axtarışlar dayandırılıb.

Axtarış-xilasetmə əməliyyatları zamanı Qurbanov Kənan Vaqif oğluna məxsus heç bir əşya tapılmayıb".




скачать dle 11.3