Mojo.az Banner
SON DƏQİQƏ
22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Saqqız plomblara zərər verir? - Stomatoloq miflərdən və həqiqətlərdən danışdı

09.10.2024 12:26 1 869
Saqqız plomblara zərər verir? - Stomatoloq miflərdən və həqiqətlərdən danışdı
Saqqız çoxdan həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsul haqqında bir çox miflər və yanlış fikirlər mövcuddur. Bəzi insanlar əmindirlər ki, saqqız diş plombları üçün təhlükəlidir və heç bir faydası yoxdur. Bu, həqiqətən belədirmi?

Median.az
-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı tibb elmləri doktoru Oles Şevçenko bu məsələyə aydınlıq gətirib və saqqız haqqında üç əsas mifi təkzib edib.

Onun sözlərinə görə, ən populyar yanlış fikirlərdən biri saqqızın plombların düşməsinə səbəb olması ilə bağlıdır.

"Əgər plomb düzgün qoyulubsa, saqqız ona zərər verməyəcək. Əgər dişin bərpası keyfiyyətsiz aparılıbsa, plomb istənilən mexaniki təsirdən - saqqız və ya bərk qida olsun - zədələnə bilər. Saqqızın özü bu riski artırmır", - deyə həkim bildirib.

Stomatoloq, həmçinin saqqızın dişlərin və ağız boşluğunun sağlamlığına heç bir müsbət təsir göstərmədiyi iddiasının da həqiqətə uyğun olmadığını vurğulayıb.

"Saqqız tüpürcək ifrazı prosesini stimullaşdırır ki, bu da ağızı ərpdən və qida qalıqlarından təmizləməyə kömək edir, həmçinin diş daşının əmələ gəlməsinin qarşısını alır", - deyə o bildirib.

Mütəxəssis bundan başqa saqqızın koqnitiv qabiliyyətlərə müsbət təsir göstərdiyini, insanın stres və narahatlıq səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.

Beləliklə, Şevçenkonun fikrincə, saqqız nəinki zərərli deyil, həm dişlərin və mədənin sağlamlığı, həm də psixoloji tarazlıq üçün faydalıdır.скачать dle 11.3

Son xəbərlər