Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

İstanbulda iki qızı parçalayaraq vəhşicəsinə öldürən qatilin qonşusu yeni detalları açıqladı

09.10.2024 12:16 1 320
İstanbulda iki qızı parçalayaraq vəhşicəsinə öldürən qatilin qonşusu yeni detalları açıqladı
Türkiyənin İstanbul şəhərində özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edən Semih Çeliklə bağlı istintaqda yeni detallar üzə çıxıb.

Median.Az
"Turkiye gazetesi"nə istinadən xəbər verir ki, mətbuatda "Edirnekapı qatili" adını alan Çelikin qonşusu qətl günü baş verənləri ilk dəfə danışıb.

"Hadisə baş verən gün bağırtı səsləri eşitdim. Sonra saat ikinin yarısında Çeliki qazanxananın qapısında gördüm. Odun kimi görünürdü. Titrəyirdi. Ağappaq idi.

Mən Ölən qızı da görmüşdüm, gəlib gedirdi. O evdən əvvəllər də ara-bir qışqırıq səsləri gəlirdi. Ata qışqırır, söyürdü. Uşaq da atanın üstünə qışqırırdı. Nə ana, nə də ata bizə pislik edib. Amma hərdən qışqırırdılar", - deyə qonşu bildirib.

O, Çeliki "əməlli başlı dəli" deyə təsvir edib.

Xatırladaq ki, oktyabrın 5-də Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.

Qeyd edək ki, qatilin telefonuna baxış zamanı onun üzvü olduğu qrupda bir mesajlaşma tətbiqi üzərindən özlərini "incel" kateqoriyasına aid edən şəxslərlə əlaqə saxladığı ortaya çıxıb.

Məlumata görə, ingiliscə "involuntary celibacy" ("məcburi subaylıq") ifadəsinin qısaltması olan "incel" qadınlara və yaşadıqları cəmiyyətə düşmən münasibət bəsləyən, şiddətə və zorakılığa meyilli insanları ifadə edir.

Həmçinin Semih Çelikin evində şeytani ünsürlərin və ayinlərin əks olunduğu şəkillər aşkarlanıb.

Son xəbərlər